Şahmatçılarin yeni reytinq cədvəli açıqlandı

23:45 3 May 2016

Beynəlxalq Şahmat Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. İlk 100-lükdə Azərbaycanın 5 qrossmeysteri var. Onlardan ən yüksək nəticə, ötən reytinq cədvəlində olduğu kimi, yenə Şəhriyar Məmmədyarova məxsusdur. 2 reytinq xalı itirsə də, mövqeyi dəyişməz qalan şahmatçımız 2748 xalla 18-ci pillədədir. Daha 2 şahmatçını irəli buraxan Teymur Rəcəbov isə 2726 reytinq xalı ilə sıralamada 29-cudur. Eltac Səfərli reytinq xalını 2664-ə yüksəltməklə mövqeyini 14 pillə yaxşılaşdıraraq 82-ci, milliləşdirilmiş Arkadi Naydiç isə 2663 reytiqn xalı ilə 84-cü yerdə qərarlaşıb. İlk yüzlükdəki sonuncu zəka sahibimiz isə Rauf Məmmədovdur ki, onun reytinq xalı 2655-dir.

Yeni reytinq siyahısına isə 2851 xalla norveçli Maqnus Karlsen başçılıq edir. Liderdən 47 reytinq xalı geri qalan ABŞ şahmatçısı Fabiano Karuana 2-ci yerdədir, ilk üçlüyü isə 2804 reytinq xalı ilə rusiyalı Vladimir Kramnik qapayır.


Digər xəbərlər

Xəbər xətti