"Neftçi" və "Qarabağ" finalda - YENİLƏNİB

20:52 4 May 2016

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək.
 

Sportarena.az xəbər verir ki, günün ilk oyunu Qəbələdə baş tutacaq. Burada eyni adlı komanda "Neftçi"ni qəbul edəcək. İlk oyunda 1:1-lik bərabərliyə razılaşmış klubları Qəbələdə çətin matç gözləyir.

Günün ikinci matçının taleyi isə ilk görüşdə böyük ölçüdə həll olub. "Qarabağ" səfərdə "İnter"ə 4:0 hesabı ilə qalib gələrək finala demək olar ki, adını yazdırıb. Tərəflər arasında cavab oyunu saat 19:00-da "Əlincə Arena"da baş tutacaq.

 

16:00.“Qəbələ” – “Neftçi”  1:1 (penaltilər seriyası - 3:4)

Qollar:  Ruslan Qurbanov, 59, (0:1), Ermin Zets, 76, (1:1)

"Qəbələ": +++--

"Neftçi": +++-+

(İlk oyun – 1:1)
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Namiq Hüseynov, Rəvan Həmzəzadə
Qəbələ şəhər stadionu


19:00.“Qarabağ” – “İnter” 1:0 

Qol:  Migel Madera, 23, (1:0)
(İlk oyun – 4:0)
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, İsgəndər Əliyev, Rövşən Rəcəbov
"Əlincə Arena"


Xəbər xətti