Rəmiş Malıyev: "Bakı" tezliklə Azərbaycanın klub qəbristanlığını "zənginləşdirəcək"

15:14 4 May 2016

I Divizion təmsilçisi “Bakı” tarixin yaddaşına köçmək ərəfəsindədi. 


Sportarena.az xəbər verir ki, bu barədə futbolinfo.az saytına məlumatı AFFA-nın hüquqşünası Rəmiş Malıyev verib.
 
Vaxtilə Çempionlar və Avropa Liqasında iştirak etmiş “zolaqlılar”ın aqibəti ilə bağlı verdiyimiz suala AFFA funksioneri bədbin notlarla cavab verdi: “Klubun qarşısına qoyulan tələb yerinə yetirilməyib: köhnə borclar ödənilməyib. Bu səbəbdən cari mövsümdə “Bakı”nın hesabından 2 dəfə xallar silinib. Yəqin ki, mövsüm başa çatdıqdan sonra qarşımıza paytaxt təmsilçisinin aşağı diviziona göndərilməsi tələbi qoyulacaq. Nəzərə alsaq ki, ölkəmizdə 1-ci diviziondan aşağı dəstə yoxdu, kluba bu yarışda iştirak etməyə də icazə verilməyəcək”.
 
Vəssəlam. “Bakı”nın maddi durumunun hansı vəziyyətdə olduğunu hər kəs bilir. Bu ad altında iştirak edəcəkləri qeyri-mümkünə çevriləcək ki, azərbaycansayağı çıxış variantına (klubun adının ardına əlifbanın hansısa hərfini əlavə edərək, yenisini yaratmaq) əl atmasalar, növbəti mövsüm Hafiz Məmmədovun AFFA-yla heç bir bağlılığı qalmayacaq. Nə qədər acı olsa da, faktdı: “Bakı” tezliklə Azərbaycanın klub qəbristanlığını “zənginləşdirəcək”.


Digər xəbərlər

Xəbər xətti