"Vardi məşqlərə sərxoş gəlirdi"

00:09 5 May 2016

"Lester Siti"nin prezidenti Ayvat Srivaddanaprabha "Thailand Day" qəzetinə müsahibə verib.
 
"Tülkülər"in prezidenti komandanın hücumçusu Ceymi Vardinin karyerası haqda da danışıb:
 
“Ceymi Vardinin transferinin əleyhinə idim. Naycel Pirson və Stiv Uolşdan Vardi haqda soruşdum və məlumatlara baxdım. Daha sonra fikrimi dəyişdim. Vardinin yaxşı futbolçu olduğunu düşndüm. Ancaq azarkeşlərimiz “peşəkar olmayan futbolçuya 1 milyon funt-sterlinqi niyə verirsiniz?” suallarına cavab verə bilmirdim. Dünyanın ən axmaq klub prezidenti olmaq istəmirdim. Pirson və Uolşa bütün büdcəmiz belə 1 milyon funt-sterlinq olsa, siz Vardini almaqda israrlısınız?” – deyə soruşdum. Onlar mənə “bəli” cavabını verdilər və mən də razılaşdım. Azarkeşlərimizin bir çoxu bu transferin əleyhinə idi. Bəziləri mənə “Dəlisən? Peşəkar olmayan futbolçuya bu qədər pul xərcləyirsiniz” deyirdi”.
 
Ayvat Srivaddanaprabha transfer baş tutduqdan sonra Vardinin məşqlərə sərxoş halda gəldiyini bildirib:
 
“Daha sonra Vardi  mənə yaxınlaşdı və təşəkkür etdi. Mənə bildirdi ki, həyatımda bu qədər məvacib almırdım. Mövsümün sonunda Çempionşipə yüksəldik və Vardi hər gün içməyə başladı. Nə edəcəyimizi bilmirdik. Bir gün mənə dedilər ki, Vardi məşqlərə sərxoş gəlir. Dərhal onunla danışdım və “Müqaviləni ləğv edək? Bunu istəyirsən?” – dedim. Onunla danışandan sonra içkini atdı. Məşqlərə hamıdan tez gəlirdi və hamıdan da gec gedirdi. Vardinin bu qədər güclü olacağını bilmirdik. Vardi çox dəyişdi”.


Digər xəbərlər

Xəbər xətti