Türkiyə kuboku: "Qalatasaray" finalda

01:01 5 May 2016

Türkiyə kubokunda yarımfinal mərhələsinin cavab görüşləri keçirilir.

Sportarena.az xəbər verir ki, ilk finalçının adına "Qalatasaray" - "Rizəspor" matçında aydınlıq gəlib. Səfərdə 3:1 hesabı ilə qalib gələn "Cim Bom" evdə rəqibin müqavimətini qıra bilməyib - 0:0. Lakin bu nəticə "Qalatasaray"ı finala yüksəldib.

Qeyd edək ki, digər finalçı "Fənərbaxça" - "Konyaspor" cütünün qalibi olacaq. İlk görüşdə "Fənərbaxça" səfərdə 3:0 hesabı ilə qalib gəlib.

 


Digər xəbərlər

Xəbər xətti