Portuqaliya millimizi darmadağın etdi - YENİLƏNİB

21:43 5 May 2016

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığması bu gün Bakıda təşkil olunan Avropa çempionatının final mərhələsində ilk matçına çıxacaq.

 

Sportarena.az xəbər verir ki, milli komandamız ilk görüşündə Portuqaliya yığması ilə qarşılaşacaq.


Bakı Olimpiya Stadionunda keçiriləcək matç saat 20:00-da start götürəcək. Qrupun digər oyununda Şotlandiya yığma komandası Belçika millisi ilə qarşılaşacaq. Bu oyunun startı saat 19:00-da veriləcək.


Qeyd edək ki, millimiz turnirdə ikinci oyununu Belçikaya qarşı keçirəcək. Mayın 8-də baş tutacaq matç saat 19:00-da başlayacaq.


5 may

Avropa çempionatı, A qrupunda ilk tur

19:00. Belçika – Şotlandiya  2:0
Bakı. 8-ci KM stadionu

20:00. Azərbaycan – Portuqaliya  0:5

Qollar:  Xose Qomez, 4, 16, (0:1, 0:2), Elçin Əsədov, 24, (0:3 ö.q), Migel, 45, (0:4), Fernandes, 76, (0:5)
Bakı Olimpiya Stadionu


Xəbər xətti