Falkao "Qalatasaray"a keçir?

10:28 5 May 2016

Cari mövsüm uğursuz çıxışı ilə azarkeşlərini küsdürən "Qalatasaray" rəhbərliyi dünya səviyyəli ulduzu  transfer etmək istəyir. 


Sportarena.az xəbər verir ki, azarkeşlərlə barışmaq niyyətində olan klub rəhbərliyi Radamel Falkaonu hədəfə alıb.


"Monako"nun "Çelsi"yə icarəyə verdiyi kolumbiyalı ulduzun İngiltərədə işləri qaydasında getmir. İddia edilir ki, Falkao meneceri Xorxe Mendesə Premyer Liqadan kənarda klub tapmağı tapşırıb. Portuqaliyalı menecer isə onu "Qalatasaray", "Zenit" və "River Pleyt"ə təklif edib.


Digər xəbərlər

Xəbər xətti