Daha bir məşhur futbolçu karyerasını başa vurur

11:15 5 May 2016

İtaliya yığmasının məşhur sabiq futbolçusu Luka Toni karyerasını başa vurur. 


Sportarena.az xəbər verir ki, "Verona" klubunun təcrübəli hücumçusu 37-ci turda "Yuventus" ilə baş tutacaq oyunu karyerasının son matçı kimi qiymətləndirib. Bu barədə futbolçu özü deyib.


"Bazar günü keçirəcəyim oyun karyeramda sonuncu olacaq. Qərar vermək ağır idi. Amma bu anı stadionda azarkeşlərlə bölüşmək mənə xoş olacaq", - deyə Toni bildirib.


Xatırladaq ki, karyerası ərzində "Palermo", "Fiorentina", "Bavariya", "Roma" və "Yuventus" kimi klublarda çıxış etmiş futbolçu 2006-cı ildə İtaliya millisi ilə dünya çempionu adına da sahib olub.


Digər xəbərlər

Xəbər xətti