Taekvondo üzrə açıq birincilik keçiriləcək

12:58 5 May 2016

7-8 may tarixlərində Ümummilli lider Heydər Əliyevin 93-cü ildönümünə həsr olunmuş Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin "Gömrükçü" İdman Klubunun taekvondo idman növü üzrə Açıq Birinciliyi keçiriləcək.


Sportarena.az xəbər verir ki, 2005-2006-çı il təvəllüdlü uşaq, 2002-2004-cü il təvəllüdlü yeniyetmə taekvondoçular arasında təşkil edilən turnirdə, Azərbaycan Taekvondo Federasiyasının üzvü olan, Bakı şəhəri və respublikanın regionlarında fəaliyyət göstərən idman cəmiyyətləri və klubların idmançıları qatılacaq. Yarışın keçirilməsində məqsəd, ölkəmizdə taekvondo idman növünün təbliği, onun kütləviliyinə və inkişafına nail olmaq, ”Gömrükçü” İdman Klubunu taekvondo yığma komandası tərkibinin komplektləşdirilməsi, idmançıların təcrübələrinin və ustalıq səviyyəsinin artırılmasıdır.


Yarışa ümumi rəhbərliyi Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzi həyata keçirir, bilavasitə təşkili və keçirilməsi “Gömrük” İdman Klubu,hakimlik fəaliyyətinin təşkili və təmin edilməsi ATF-nın hakimlər komitəsinə həvalə edilir. Sumqayıt çəhər Olimpiya İdman Kompleksində keşiriləcək yarışda, bütün yaş qrupları və hər çəki dərəcələri üzrə I,II,III yerləri tutmuş idmançılar İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubu tərəfindən müvafiq dərəcəli diplom, kubok, medal və qiymətli hədiyyələrlə təltif olunacaq.


Xəbər xətti