Çempionlar Liqasının finalı üçün "Atletiko" və "Real"a 20 min bilet

13:56 5 May 2016

Çempionlar Liqasının final matçında qarşılaşacaq "Atletiko" və "Real" klublarının hər biri üçün 20 min bilet ayrılıb.


Sportarena.az "AS" qəzetinə istinadən xəbər verir ki, İtaliyanın Milan şəhərində keçiriləcək final mərhələsi üçün biletlərin qiyməti 70, 160, 320 və 440 avro dəyərində olacaq.


Final matçı Milandakı "San Siro" stadionunda keçiriləcək. Bu arenanın 80 min nəfər azarkeş tutumu var.


Qeyd edək ki, Çempionlar Liqasının final matçı may ayının 28-də keçiriləcək.


Xəbər xətti