Argentina millisinin keçmiş məşqçisi: "Millidə hər şeyi Messi həll edir"

17:16 5 May 2016

Dieqo Simeonenin qardaşı, vaxtilə Argetnina millisinin məşqçisi Karlos Dibos Lionel Messinin yığmadakı rolundan danışıb. 


Sportarena.az "Marca" qəzetinə istinadən xəbər verir ki, bu barədə açıqlama verən sabiq məşqçi Messinin Argentina millisində hər şeyə rəhbərlik etdiyini bildirib.
"Messi Argentina yığmasında baş məşqçini seçir, heyəti müəyyənləşdirir, bir sözlə hər şeyə rəhbərlik edir.
 
Argentinada hamı bunu bilir, lakin heç kim açıq şəkildə deyə bilmir", – deyə Dibos qeyd edib.

Xatırladaq ki, Dibos 2006-2008-ci illərdə Argentina millisində baş məşqçi Alfio Basilin köməkçisi vəzifəsində işləyib.


Xəbər xətti