Rövnəq Abdullayev Heydər Əliyev adına İdman Sarayında

00:41 6 May 2016

Xəbər verdiyimiz kimi,mayın 6-8-də Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş cüdo üzrə “Böyük Dəbilqə” beynəlxalq turniri keçiriləcək. Heydər Əliyev adına İdman Sarayında təşkil olunacaq mötəbər yarışda 82 ölkədən 519 cüdoçu qüvvəsini sinayacaq.
Turnirin keçiriləcəyi idman sarayında sürətlə dəvam etdirilən hazırlıq işləri yekunlaşmaq üzrədir. Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev görülən hazırlıq işləri ilə tanış olmaq üçün idman sarayına baxış keçirib. Federasyanın vitse-prezidenti Sadıq Sadıqov həyata keçirilmiş işlərlə bağlı qurum rəhbərinə məlumat verib. Federasiya prezidenti idman arenasının turnirə yüksək səviyyədə hazırlanmasından məmnunluğunu bildirib və müəyyən tapşırıqlar verib.


Digər xəbərlər

Xəbər xətti