U-17 Avropa çempionatlarının yeni rekordu

10:29 6 May 2016

UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016 turnirinin birinci oyun günündə keçirilmiş Azərbaycan – Portuqaliya qarşılaşmasında U-17 Avropa çempionatları tarixinin yeni rekordu qeydə alınıb. 

 

Sportarena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilmiş oyunu 33 min azarkeş izləyib.


Qeyd edək ki, indiyə qədər turnirdə ən çox azarkeş 2009-cu ildə Maqdeburq şəhərində Almaniya və Hollandiya yığma komandaları arasında keçirilmiş final oyununda qeydə alınmışdı – 24 min nəfər.


Digər xəbərlər

Xəbər xətti