"Əlincə" çempionatı gümüş medallara başa vurdu

13:50 6 May 2016

“Əlincə”nin 16 yaşadək futbolçulardan ibarət komandası Azərbaycan çempionatının gümüş medallarını qazanıb. 


Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki,Vasif Haqveriyevin yetirmələri medallara son turda səfərdə "Sumqayıt"la keçirdiyi oyunda sahib çıxıb. 0:0 hesabı ilə bərabərə qalan komanda 28 oyundan sonra xal hesabını 65-ə çatdırıb. Bununla da “Əlincə” çempionatı ən yaxın izləyicisi “Neftçi”dən 1 xal öndə bitirib və U-16 Liqasında II yeri tutub. 

 

Xatırladaq ki, “Əlincə” 2012/2013 mövsümündə keçirilən U-15 Liqasında da gümüş medallara sahib çıxmışdı.


Xəbər xətti