"Real"da 2 ciddi itki: Beyl və Navas zədələndi

16:57 6 May 2016

Çempionalar Liqasının yarımfinal mərhələsində "Mançester Siti"yə qalib gələrək finala yüksələn "Real" klubunun qolkiperi Keylor Navas və yarımmüdafiəçisi Qaret Beyl zədələnib.


Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, hər iki futbolçu bu gün tibbi müayinədən keçib. 


Həkim müayinəsindən keçidikdən sonra Beylin diz oynağından, Navasın isə Axilles vətərindən zədələndiyi aşkarlanıb.


Futbolçuların növbəti matçda meydana çıxıb-çıxmayacağı isə hələ  məlum deyil.


Digər xəbərlər

Xəbər xətti