Yığmamızın üzvü "Tour d’Azerbaidjan-2016"da veloyürüşündə 3-cü mərhələnin qalibi oldu

17:14 6 May 2016

"Tour d’Azerbaidjan-2016” veloyürüşündə 3-cü mərhələyə start verilib. 

 

Sportarena.az xəbər verir ki, Azərbaycanın elit yığmasının və “Synergy Baku Cycling Project” kontinental komandasının üzvü Matey Muqerli Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Tour d’Azerbaïdjan-2016” veloyürüşünün üçüncü mərhələsinin qalibi olub.


O, Qəbələ-Şəki-Qəbələ marşrutu üzrə 177,2 kilometr məsafəni hamıdan tez qət edib. Bu marşrut üzrə Markus Eyberq (“Filbermayer”, Avstriya) ikinci və Luka Vakermann (NƏSR-Dubay) isə üçüncü olub.


Xəbər xətti