Tərlan Kərimov millimizə ilk medalı qazandırdı

23:29 6 May 2016

Azərbaycan cüdoçusu, 66 kq çəki dərəcəsində mübarizə aparan Tərlan Kərimov Bakıda təşkil olunan “Böyük Dəbilqə” turnirində bürünc medala sahib olub. İdmançımız üçüncü yer uğrunda həlledici qarşılaşmada Belçika təmsilçisi Kennet van Qansbekeni məğlubiyyətə uğradıb. Görüşün əvvəlində cüdoçumuz cərimə xalı alsa da, sonda rəqibinə ipponla qalib gəlib. Qeyd edək ki, bu, Azərbaycan milisinin turnirdə qazandığı ilk medal olub. Digər cüdoçumuz İlqar Müşkiyev (60 kq) isə 7-ci pillədə qərarlaşıb.


Xəbər xətti