"Qəbələ"nin iki komandası yarımfinalda

01:27 7 May 2016

Aşağı yaş qrupları üzrə komandalar arasında liqalarda növbəti oyunlar keçirilib.
 
Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, son tur öncəsi çempionluğu və UEFA Gənclər Liqasına vəsiqəni təmin edən “Qəbələ”nin U-19 komandası mövsümü “Neftçi” İK İB ilə qarşılaşma ilə başa vurub. 4:0 hesabı ilə qalib gələn “qırmızı-qaralar” 22 turluq yarışı 61 xalla başa vurub.
 
Yarımfinalda “Qarabağ”la qarşılaşan U-10 səfərdəki 2:1 hesablı qələbədən sonra öz meydanında heç-heçə ilə kifayətlənib – 2:2. Finala yüksələn komanda həlledici görüşdə “Neftçi” İK İB ilə üz-üzə gələcək.
U-11 isə 1/4 finalda “Neftçi” İK İB ilə görüşüb. Hər iki oyunda qələbə qazanan (5:1, 2:1) “Qəbələ” yarımfinala yüksəlib.
 
“Rəvan”la 1/4 finalın ilk matçında qolsuz heç-heçə edən U-12 bu gün cavab matçına çıxacaq. U-13 isə 1/4 finalın ilk oyununda “Xəzər Lənkəran”la qolsuz sülh bağlayıb. Cavab matçı mayın 8-də baş tutacaq. U-14 Liqasının 1/4 finalında “Vətən” RİOEUG-i mübarizədən kənarlaşdıran (3:0, 1:1) "qırmızı-qaralar" bu gün “Neftçi” PFK ilə ilk yarımfinal matçında qüvvəsini sınayacaq.


Digər xəbərlər

Xəbər xətti