Lənkəranda veloyürüş keçirilib - Fotolar

13:30 7 May 2016

Mayın 7-də Lənkəran Şəhər Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə velosiped yürüşü keçirilib.


Sportarena.az xəbər verir ki, gürüşə Lənkəranın Dövlət Bayrağı meydanından start verilib. Velosipedçilər Heydər Əliyev prospekti ilə hərəkət edərək onun adını daşıyan Xatirə Parkınadək məsafə qət edbilər.


Veloyürüşdə müxtəlif yaş qruplarını təmsil edən rayonumuzun 100-dək sakini iştirak edib.


Sonda veloyürüş iştirakçıları Heydər Əliyev Mərkəzinə gələrək memorial muzeyə baş çəkiblər. Mərkəzin direktoru Seyidzadə Şəfiyeva onlara Heydər Əliyevin şərəfli ömür yolu haqqında məlumat verdi, veloyürüşçüləri Ümummilli Liderə həsr olunmuş ekspozisiya ilə tanış edib.(Qafqazinfo)


Digər xəbərlər

Xəbər xətti