Azərbaycan - Belçika matçını idarə edəcək hakimlər müəyyənləşdi

14:10 7 May 2016

17 yaşadək futbolçular arasında Bakıda təşkil olunan Avropa çempionatında qrup mərhələsinin II turu çərçivəsində keçiriləcək Azərbaycan - Belçika matçının hakimləri müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, matçın baş hakimi çexiyalı Petr Ardeleanu olacaq.

Bu işdə ona irlandiyalı Emmett Dinan və maltalı Edvard Spiteri köməklik edəcək. Dördüncü hakim funksiyasını isə lüksemburqlu Alen Duro yerinə yetirəcək.


Qeyd edək ki,  Azərbaycan - Belçika oyunu mayın 8-i, saat 19:00-da 8-ci km qəsəbə stadionunda keçiriləcək. 


Xəbər xətti