Rafael Ağayev 13-cü dəfə Avropa çempionu oldu

18:03 7 May 2016

Fransanın Monpelye şəhərində keçirilən karate üzrə 51-ci Avropa çempionatında fərdi yarışlar keçirilir. 

 

Sportarena.az xəbər verir ki, 46 ölkədən 437 idmançının qatıldığı turnirdə Azərbaycan milli komandası da mübarizə aparıb. 

 

75 kq çəki dərəcəsində mübarizə aparan karateçimiz Rafael Ağayev bu gün final görüşünə çıxıb. Final görüşündə türkiyəli idmançı Erman Eltemurla görüşən karateçimiz 3:0 hesabı ilə qalib gəlib. Bununla da fəxri kürsünün ən yüksək pilləsinə qalxan Ağayev 13-cü dəfə Avropa çempionatının qızıl medalını qazanıb.


Digər xəbərlər

Xəbər xətti