Millimiz heç-heçə etdi, Almaniya qələbə qazandı - YENİLƏNİB

20:41 8 May 2016

17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Bakıda keçirilən Avropa çempionatının final mərhələsində qrup oyunları davam edir.


Sportarena.az xəbər verir ki, bu gün A və B qruplarının növbəti oyunları keçiriləcək.

Günün ilk qarşılaşmasında B qrupunda mübarizə aparan Ukrayna və Avstriya ilə üz-üzə gələcək. 8-ci km qəsəbə stadionunda keçiriləcək oyun saat 14:00-da başlayacaq.


Günün növbəti görüşündə isə, A qrupunda millimizin rəqibləri olan Portuqaliya və Şotlandiya üz-üzə gələcək. Matç saat 15:30-da "Dalğa Arena" da start götürəcək.


Bu gün keçiriləcək matçlarda millimiz də növbəti matçına çıxacaq. İlk matçında Portuqaliyaya 0:5 hesabı ilə uduzan millimiz bu oyunda qələbə qazanmağa çalışacaq. Millimizin Belçika yığmasına qarşı keçirəcəyi matç 8-ci km qəsəbə stadionunda baş tutacaq. Görüş saat 19:00-da başlayacaq.


Saat 19:00-da daha bir oyuna start veriləcək. Bu  matçda isə Almaniya millisi Bosniya və Herseqovina ilə münasibətlərinə aydınlıq gətirəcək.

 


8 may
 
A qrupu, II tur

15:30. Portuqaliya – Şotlandiya  2:0
"Dalğa Arena"
 
19:00. Azərbaycan – Belçika  1:1
8-ci KM stadionu


B qrupu, II tur

14:00. Ukrayna – Avstriya  0:2
8-ci KM stadionu
 
19:00. Almaniya – Bosniya və Herseqovina  3:1
"Dalğa Arena"


Digər xəbərlər

Xəbər xətti