Sportarena.az
25 İyul 2017

Bakı ilk dəfə FIG şurasının iclasına ev sahibliyi edəcək

12 Punto 14 Punto 16 Punto 18 Punto

7-8 may tarixlərində Banqkokda (Tailand) Beynəlxalq Gimnastika Federasiyası (FIG) Şurasının iclası keçirilib.


Sportarena.az xəbər verir ki, iclas çərçivəsində, Azərbaycan Gimnastika Federasiyasının Baş katibi Fərid Qayıbov Azərbaycanın növbəti FIG Şurası iclasının Bakıda keçirilməsi ilə bağlı namizədliyinin irəli sürməsi ilə əlaqədar təqdimatı toplantı iştirakçılarının nəzərinə çatdırıb.


Şuranın qərarına əsasən, növbəti ilin 6-7 may tarixlərində FIG Şurasının üzvləri ilk dəfə olaraq Bakıda toplaşacaqlar.


İclasda, həmçinin Azərbaycanın 3 gimnastla təmsil olunacağı (Marina Durunda – bədii gimnastika, Oleq Stepko və Petro Paxnyuk – kişi idman gimnastikası) Rio-2016 Olimpiya Oyunlarında gimnastika növləri üzrə yarışların təsnifat mərhələlərində idmançıların hansı ardıcıllıqla çıxış edəcəyini müəyyən edən püşkatma da keçirilib.


Şura FIG-nin idarəetmə strukturunda əhəmiyyətinə görə ikinci orqandır (birinci Konqressdir) və onun iclasları hər ilin may ayında keçirilir.


44 üzvdən ibarət olan Şuranın vəzifələrinə FIG Prezidentinin hesabatlarının nəzərdən keçirilməsi, FIG İcra Komitəsinin fəaliyyətinin təsdiq edilməsi, FIG-nin Texniki Reqlamentinə dəyişiklik edilməsi, illik maliyyə hesabatının, yarışların keçirilməsinə ayrılan büdcənin təsdiq olunması və s. daxildir.


Bakı növbəti 2017-2020-ci illəri əhatə edən Olimpiya dövrünün ilk FIG Şurasının qəbul edəcəyi mühüm qərarların şahidi olacaq. 

Tarix
08.05.16 [13:10]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

25 İyul
24 İyul 

Facebook

Sorğu

Avrokuboklarda hansı klubumuz daha uğurlu çıxış edəcək?
 "Qarabağ"
 "Qəbələ"
 "İnter"
 "Zirə"

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio