"Mançester Yunayted" Çempionlar Liqasına vəsiqə qazana bilməsə...

17:32 8 May 2016

"The Times" qəzeti Lui Van Qalın "Mançester Yunayted"lə müqaviləsinin bəzi gizli detalları ilə bağlı məlumat dərc edib.
 

Sportarena.az xəbər verir ki, hazırda holland mütəxəssisin məvacibi ildə 8 milyon funt sterlinqdi. Bu məbləğə müxtəlif bonuslar və imic hüquqları daxildi.
 

Əgər "qırmızı şeytanlar" İngiltərə kubokunu qazanarsa, Van Qal 400 min funt alacaq. Rəhbərlik onu mövsümün sonunda istefaya göndərərsə, holland 5 milyon funt sterlinq təzminat alacaq.
 

Bundan başqa klub Çempionlar Liqasına vəsiqə əldə edə bilməsə, Van Qalın məvacibi 1 milyon azaldılacaq.


Digər xəbərlər

Xəbər xətti