Cüdoçularımız "Böyük dəbilqə" turnirində çıxışlarını başa vurdular

17:55 8 May 2016

Azərbaycan cüdoçuları Bakıda keçirilən "Böyük dəbilqə" turnirində çıxışlarını başa vurublar.

 

Sportarena.az xəbər verir ki, ölkə təmsilçilərindən son olaraq Məmmədəli Mehdiyev tatami üzərinə çıxıb.

90 kq çəki dərəcəsində yer alan Mehdiyev bürünc medal qarşılaşmasında fransalı Aksel Klerge ilə üz-üzə gəlib. Görüş Klergenin qələbəsi ilə yekunlaşıb.
Bununla da Azərbaycan yığmasının "Böyük dəbilqə"ni 2 bürünc medalla tamamlayacağı dəqiqləşib. Həmin medallara Tərlan Kərimov (66 kq) və Rüstəm Orucov (73 kq) yiyələnib.

Qeyd edək ki, final qarşılaşmalarını Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev, Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, eləcə də Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev izləyib.(Report)


Digər xəbərlər

Xəbər xətti