Françesko Tottidən rekord göstərici

00:50 9 May 2016

Françesko Totti bu gün "Kyevo" ilə matçda "Roma"nın heyətində 600-cü oyununa çıxıb.

 

Sportarena.az xəbər verir ki, 39 yaşlı futbolçu bu göstərici ilə İtaliya A seriyasında 3-cü olub.

Belə ki, Tottiyə qədər A seriyasında Xavyer Zanetti "İnter"də 615 və Paolo Maldini isə "Milan"da 647 oyunda meydana çıxıb.


Qeyd edək ki, növbəti mövsümdə isə "Yuventus"un qapıçısı Canluici Buffon da 600 oyun keçirə bilər. Bügünə qədər Buffon A seriyasında 589 matçda iştirak edib.


Digər xəbərlər

Xəbər xətti