"Zirvə Oyunları" ağır atletika yarışları ilə başa çatdı

14:55 9 May 2016

Ümummilli lider, mərhum prezident Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş IV Zirvə Oyunları başa çatıb. AAAF Park Yaşayış Kompleksinin yarış zalında mayın 7-də keçirilən turnirdə mübarizəyə son olaraq ağır atletlər qoşulublar. Ölkənin əksər regionlarından gəlmiş 50-yə yaxın idmançı körpücük üzərinə çıxıblar. 2004-2007-ci il təvəllüdlü oğlanlar, 2000-2006-cı təvəllüdlü qızlar öz yaş qruplarında qalibləri müəyyən ediblər.
Maraqlı mübarizə şəraitində keçən yarışda mükafatçıların adları məlum olub. Onlara “Zirvə” Beynəlxalq İdman Klubunun medal və diplomları təqdim olunub.
 


Xəbər xətti