"Barselona"da üzlər gülür zədəli geri qayıdır

18:29 9 May 2016

"Barselona"nın müdafiəçisi Tomas Vermalen zədəsini sağaldıb.

Komandanın məşqlərinə qatılan belçikalı futbolçu meydana çıxmağa hazırdır.

Kataloniya təmsilçisinin baş məşqçisi Luis Enrike şans verəcəyi təqdirdə Vermalen La Liqada "Qranada", İspaniya kubokunun finalında isə "Sevilya" ilə görüşdə oynayacaq.

Qeyd edək ki, Vermalen "Barselona"nın heyətində sonuncu dəfə martın 12-də, "Hetafe" ilə keçirilən görüşdə (6:0) meydana çıxıb.


Digər xəbərlər

Xəbər xətti