"Barselona" ilə müqavilə bağlamaq üçün Kataloniyaya getdi

01:29 10 May 2016

Fransanın "Nitsa" klubunun yarımmüdafiəçisi Hatem Ben-Arfa "Barselona" rəhbərliyi ilə müqavilənin şərtlərini razılaşdırmaq üçün Kataloniyaya yollanıb.

Futbolçu yayda azad agent olacaq. Məhz bu səbəbdən də o, istədiyi komandanı seçə bilər. Katalonlar Ben-Arfanı hücum üçlüyünə alternativ kimi görürlər.

Ben Arfa bu mövsüm 33 oyunda 17 qol vurub və 6 məhsuldar ötürmə edib.


Xəbər xətti