Millimiz Avropa çempionatına bu heyətlə yollanır

10:53 10 May 2016

Mayın 12-dən 16-dək Kazanda sambo üzrə Avropa çempionatı keçiriləcək.


Sportarena.az xəbər verir ki, yarışda Azərbaycan millisi də birincilik uğrunda mübarizə aparacaq. 


Çempionatda ölkəmizi Ağasəf Səmədov (52 kq), Mehman Xəlilov (57 kq), Cavidan Qarayev (62 kq), Emil Həsənov (68 kq) və Amil Qasımov (74 kq) təmsil edəcək. Döyüş sambosunda isə Fərid Yusifov (52 kq) və Nəbi Məmmədov (90 kq) xalça üzərinə çıxacaqlar.


Millimiz Azərbaycan Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədovun rəhbərliyi altında mübarizə aparacaq.


Digər xəbərlər

Xəbər xətti