Əfsanəvi futbolçu insanları "Rio-2016"-ya gəlməməyə çağırdı:"Burada sizin həyatınız üçün təhlükə var"

14:56 10 May 2016

Braziliya millisinin əfsanəvi futbolçusu Rivaldo ölkəsində keçiriləcək Yay Olimpiya Oyunları üçün Rio-de-Janeyro şəhərinə gələcək turistlərə xəbərdarlıq edib.


Sportarena.az xəbər verir ki, bu barədə futbolçu şəxsi "instagram" hesabında yazıb.

Sabiq hücumçu Braziliyanın hazırda insan həyatı üçün təhlükəli olduğunu bildirib:
"Burada dəhşətli hadisələr baş verir. Buraya gəlib olimpiadanı izləmək niyyətində olanlara evlərində qalmalarını məsləhət görürəm. Braziliyada sizin həyatınız üçün təhlükə var.

Ölkəmizdə siyasi vəziyyət heç də yaxşı deyil. Burada baş verənləri yalnız Allah dəyişə bilər".


Qeyd edək ki, Yay Olimpiya Oyunları 5-21 avqust tarixlərində keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti