Ben Arfa Barselonaya getdi

17:10 10 May 2016

Fransanın "Nitsa" klubunun yarımmüdafiəçisi Hatem Ben Arfa "Barselona" rəhbərliyi ilə müqavilənin şərtlərini razılaşdırmaq üçün Kataloniya paytaxtına yollanıb.


Sportarena.az xəbər verir ki, futbolçunun Fransa klubu ilə müqaviləsi yayda bitəcək. Məhz bu səbəbdən də o , istədiyi komandanı seçə bilər. 
Katalonlar Ben Arfanı hücum üçlüyünə alternativ kimi görürlər.
 

Qeyd edək ki, bu mövsüm 33 oyunda Ben Arfa 17 qol vurub və 6 ötürmə edib.


Digər xəbərlər

Xəbər xətti