Futbolda dəyişikliklər: Penalti bir halda ləğv oluna bilər

00:37 11 May 2016

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) futbola yeni qaydalar əlavə edib.

Penalti zərbəsi zamanı hərəkət ritmini dəyişən futbolçular sarı vərəqə ilə cəzalanacaq. Daha sonra penalti zərbəsi ləğv olunacaq. Bu barədə Times jurnalının müxbiri Henri Unters məlumat yayıb.

Bir müddət əvvəl Beynəlxalq Futbol Assosiasiyaları Şurası futbol oyunu qaydalarındakı dəyşikliklərin siyahısını açıqlayıb.

Yeni qaydalara görə, hakim futbolçunu oyundan əvvəl kənarlaşdıra bilər (meydanın oyun öncəsi inspeksiyası anından etibarən). Bu, rəsmi sifariş ərizəsinin verilməsinədək baş verirsə, oyunçu matçda iştirak etməyə bilər.

Əks halda oyunçu əvəzlənməlidir. Bu zaman mümkün əvəzlənmələrin sayı azaldılmır. Futbolda ən müzakirə olunan daha bir qayda ofsaytdır. Artıq ofsayt müəyyənləşdirilərkən oyunçuların əli (o cümlədən, qapıçıların) qaydası nəzərə alınmır.

 

Maraqlı penalti zərbələri
Cərimə pozuntularının qaydaları da dəqiqləşib. Topa bütün əl toxunuşları sarı vərəqə ilə cəzalandırılmamalıdır. Yalnız potensial məhsuldar hücumun dayandırılmasına səbəb olan əllə oyun sarı vərəqə ilə cəzalandırılmalıdır.

Top uğrunda mübarizə olmadığı vaxt rəqibin başa (sifətə) zərbəsi, toxunuşun minimal olduğu hallar istisna olmaqla, birbaşa qırmızı vərəqə ilə cəzalandırılır.

Ehtiyat oyunçular, komanda nümayəndələri və hakimlər briqadasının ünvanına təhqirlərə görə birbaşa cərimə zərbəsi cəzası verilir. Oyunun gedişində meydanın hüdudlarından kənarda baş verən qayda pozuntuları üzbəüz xətdən birbaşa cərimə zərbəsi ilə cəzalandırılır.

Qol vurmaq imkanından məhrumetməyə gətirən, cərimə meydanında bilməyərəkdən qayda pozuntuları qovulma ilə yox, sarı vərəqə ilə cəzalandırılır.

Digər qaydanın dəyişikliyi qapıçılara aiddir. Belə ki, qapıdan zərbə zamanı top hərəkətsiz olmalıdır (hazırkı qaydalar bunu tələb etmir). Qapıdan zərbə zamanı cərimə meydançası daxilində olan rəqib oyunçu topu vuran komandanın oyunçusunadək topa toxuna bilməz.(Anspress)


Digər xəbərlər

Xəbər xətti