Messi: "Real"ın kuboku qazanmağını istəmirik"

01:06 11 May 2016

İspaniya "Barselona"sının futbolçusu Lionel Messi çıxış etdiyi klubun digər komandalarla münasibətindən danışıb. Argentinalı hücumçu əzəli rəqibləri "Real Madrid" haqda fikirlərini bildirib.

"Barselona"da heç kəs "Real"ın kubok qazanmasını istəmir. "Atletiko"nun Çempionlar Liqasındakı zəfəri bizi sevindirər. Bu komanda bu mövsüm yaxşı işlər görür. "Atletiko" güclü rəqibdir və onları məğlub etmək asan deyil. Baş məşqçi Dieqo Simeone və futbolçuları uğur qazanmağa layiqdirlər".

Messi ölkə çempionatındakı rəqibləri haqda da fikirlərini söyləyib: "Biz "Real Madrid", "Atletiko Madrid", "Sevilya", Vilyarreal" kimi klublarla yarışırıq. Bunlar ciddi komandalardır. Bu səbəbdən, biz bundan zövq almalıyıq".

Qeyd edək ki, Lionel Messi cari mövsüm La Liqada çıxış etdiyi 32 oyunda 26 qol vurub.
 


Digər xəbərlər

Xəbər xətti