"Yuventus" Buffon və Barzalyi ilə müqaviləni artırdı

18:15 11 May 2016

"Yuventus" qolkiperi Canluici Buffon və müdafiəçisi Andrea Barzalyi ilə müqviləni artırıb.
 


Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, futbolçuların "qoca sinyora" ilə olan müqavilələrin müddəti 2018-ci ilə qədər artırılıb.
 

Xatırladak ki, əfsanəvi qolkiper Buffon 2001-ci ildən "Yuventus"un şərəfini qoruyur. O, Turin komandası ilə birlikdə 7 skudetto qazanıb.
 
Barzalyi isə "Yuventus"a 2011-ci ildə "Volfsburq"dan transfer olunuv. Onun aktivində 5 İtaliya çempionluğu var.


Xəbər xətti