"Barselona" Suaresin transfer məsələsində razılaşdı

22:09 11 May 2016

"Vilyareal"ın futbolçusu Denis Suares "Barselona"ya keçməyə yaxındır.
 
Klublar 22 yaşlı yarımmüdafiəçinin transferinin son detallarını da razılaşdırıblar. Bu barədə Kataloniya mətbuatı məlumat verib.
 
Əgər Suares İspaniya millisinə dəvət edilməsə "Barselona"ya yollanaraq müqavilənin son şərtlərini müzakirə edəcək.Razılaşmaya görə qarşıdakı iki il ərzində "Barselona" Suaresi satarsa , "Vilyareal"a müəyyən qədər faiz ödəyəcək.
 


Digər xəbərlər

Xəbər xətti