Ranyeri ayın ən yaxşısı seçildi

00:29 12 May 2016

İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi müəyyənləşib.  Britaniya mətbuatının verdiyi məlumata görə, "Lester Siti"ni çempion edən Klaudio Ranyeri ötən ayın ən yaxşısı olub.

İtaliyalı mütəxəssis cari mövsüm üçüncü dəfə ayın ən yaxşısı seçilib. Daha öncə noyabr və mart aylarının ən yaxşısı seçilən Ranyerinin komandası ötən ayda 3 qələbə qazanıb və bir heç-heçə edərək çempionluğunu rəsmiləşdirib.

Qeyd edək ki, "Lester Siti" Ranyerinin rəhbərliyi altında tarixində ilk dəfə Premyer Liqanın qalibi olub.


Digər xəbərlər

Xəbər xətti