"Avro-2016": Fransa məğlub oldu, İspaniya və Hollandiya 3 xal qazandı - YENİLƏNİB

22:03 12 May 2016

Bu gün Bakıda təşkil olunan 17 yaşadək futbolçulardan ibarət yığma komandaların Avropa çempionatında qrup mərhələsinin oyunlarına yekun vurulacaq.


Sportarena.az xəbər verir ki, son oyunlar C və D qruplarında yer alan komandalar arasında keçiriləcək.


Günün ilk matçları D qrupunda keçiriləcək. Burada İspaniya İtaliyanı, Serbiya isə Hollandiyanı qəbul edəcək. Hər iki matç saat 14:00-da start götürəcək.


Qrup mərhələsinin oyunlarına C qrupunda keçiriləcək 2 matçla yekun vurulacaq. Belə ki, son oyunlarda İsveç Fransanı, Danimarka İngiltərəni qəbul edəcək. Hər iki matç saat 19:00-da start götürəcək.

D qrupu

14:00. İspaniya – İtaliya  4:2
Baş hakim:
Petr Ardeleanu (Çexiya)
"Azərsun Arena"
 
14:00. Serbiya – Hollandiya  0:2 
Baş hakim:
Qunnar Yarl Yonsson (İslandiya)
Bakı Olimpiya Stadionu


C qrupu

19:00. İsveç - Fransa  1:0
Baş hakim:
Bartoş Frankovski (Polşa)
"Azərsun Arena"
 
19:00. Danimarka - İngiltərə  1:3
Baş hakim:
Peter Kraloviç (Slovakiya)
Bakı Olimpiya Stadionu


Digər xəbərlər

Xəbər xətti