Mirça Luçesko "Zenit"lə razılığa gəldi

10:27 12 May 2016

Gələcək mövsüm "Fənərbaxça"nın baş məşqçisi olacağı söylənilən  Mirça Luçesco üçün maraqlı açıqlama edilib.
 

Sportarena.az xəbər verir ki, Luçesconun yaxın dostu və  FIFA meneceri  Doğan Ercan, rumın mütəxəssislə söhbəti haqda danışıb.
 

Türkiyə radiosunda canlı yayımda qonağı olan agent bunları söyləyib: "Luçesco ilə matçdan sonra danışdım. Türkiyədən heç bir klub mütəxəssislə danışmayıb.
 

O, isə artıq "Zenit"lə prinsipial razılıq əldə edib. Rusiya klubu çox yaxşı bir təklif göndərib, Luçesku da qəbul edib"


Xəbər xətti