Asensio yenidən "Real"da çalışacaq

11:55 12 May 2016

"Real"ın hazırda "Espanyol"da icarə əsasında çıxış edən futbolçusu Marko Asensio yayda öz komandasında oynamaq şansı əldə edəcək.
 

Sportarena.az xəbər verir ki, Zinəddin Zidan 20 yaşlı futbolçunu ABŞ-dakı təlim məşq toplanışına aparacaq. Məhz bundan sonra onun komandadakı taleyinə aydınlıq gələcək.
 
Hazırda "Sevilya", "Valensiya" və "Vilyareal" komandaları futbolçunu icarəyə götürməyə çalışır. Eyni zamanda "Espanyol" da yarımmüdafiəçini heyətdə saxlamaq niyyətindədir.


Qeyd edək ki, Asensio bu mövsüm keçirdiyi 33 oyunda  2 qol vurub və 12 dəfə məhsuldar ötürmə edib.


Xəbər xətti