İnyesta "Barselona"da qalacaq

14:56 12 May 2016

"Barselona" futbol klubunun yarımmüdafiəçisi Andres İnyesta doğma komandasından getmək fikri yoxdur.

 

Sportarena.az xəbər verir ki, İnyesta onun Birləşmiş Ərəb Əmirlikləri və Çində karyerasını davam etdirməsi ilə bağlı deyilənləri təkzib edib. Otuz iki yaşlı ispaniyalı ulduz bildirib ki, o, yay transfer pəncərəsində Katalon klubunu dəyişməyəcək.


Qeyd edək ki, "Barselona" ilə İnyestanın müqavilə müddəti hələ 2018-ci ilin yayınadək qüvvədədir. Yarımmüdafiəçi carı mövsümdəki bütün turnirlərində 42 oyun keçirib. Onun hesabında bir qol və iki həlledici ötürmə var.


Digər xəbərlər

Xəbər xətti