Millimizin Andorra və Kanadaya qarşı keçirəcəyi matçların başlama saatı müəyyənləşdi

16:15 12 May 2016

Azərbaycan yığmasının Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində yoxlama oyununda qarşılaşacağı Andorra və Kanada ilə görüşlərinin başlama saatı müəyyənləşib. 


Sportarena.az xəbər verir ki, millimiz Andorra ilə mayın 26-da qarşılaşacaq. Həmin oyun yerli vaxtla 20:00-da (Bakı vaxtı ilə 22:00) start götürəcək.


Kanada ilə qarşılaşma isə iyunun 3-də keçiriləcək. Həmin oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Millimiz mayın 29-da Makedoniya ilə də üz-üzə gələcək


Digər xəbərlər

Xəbər xətti