İngiltərə klubu baş məşqçisini qovdu

17:55 12 May 2016

İngiltərənin "Everton" klubu baş məşqçisi Roberto Martines ilə yollarını ayırıb.


Sportarena.az "BBC"yə istinadən xəbər verir ki, bu gün klub rəhbərliyi 42 yaşlı mütəxəssisi komandadan göndərmək barədə qərar qəbul edib.


Xatırladaq ki, Martines 2013-cü ildən "Everton"un baş məşqçi postunda çalışır. Onun "Everton"da ən uğurlu nəticəsi debüt mövsümündə komandanı 5-ci pilləyə qədər yüksəltməsi olub. Bu mövsüm isə "Everton" hələ ki, 12-ci pillədə qərarlaşıb.


Qeyd edək ki, "Everton" klubundan ildə 4 milyon funt məvacib alan baş məşqçini komandanın azarkeşləri mövsüm ərzində dəfələrlə istefaya səsləyib. Lakin, rəhbərlik Martineslə müqaviləyə yalnız indi xitam verib. 


Digər xəbərlər

Xəbər xətti