Yığmamızın kapitanı Türkiyə çempionu oldu

17:57 13 May 2016

Qadın həndbolçulardan ibarət Azərbaycan millisinin kapitanı Marina Tankaskaya Türkiyə çempionu olub.


Sportarena.az xəbər verir ki, onun formasını geydiyi “Yenimahalle Belediyesi” final seriyasının son oyununda “Muradpaşa Belediyespor”u 36:29 hesabı ilə məğlub edib.


İlk iki görüşdə də Ankara klubu qələbə qazandığından (38:28, 32:21) ardıcıl 2-ci dəfə Türkiyə çempionu olub. M.Tankaskaya son qarşılaşmada 6 qola imza atıb.


Digər xəbərlər

Xəbər xətti