İbrahimoviç PSJ-ni tərk edəcəyini rəsmən açıqladı

21:42 13 May 2016

Fransanın PSJ futbol klubunun hücumçusu Zlatan İbrahimoviç komandadan gedəcəyini açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, forvard Fransa çempionatının yekun turunda "Nant"a qarşı ev oyununda vida matçına çıxacaq. Bosniya əsilli İsveç futbolçusu PSJ-dən gedişini müqavilə müddətinin sona çatması ilə əlaqələndirib.


Xatırladaq ki, 2012-ci ildən Paris klubunda forma geyən forvard 178 görüşdə meydana çıxıb. 152 qola sahib Zlatan 60 həlledici ötürmə ilə yadda qalıb. 


Qeyd edək ki, o, daha öncə "Milan", "Malmö", "Ayaks", "Yuventus", "İnter" və "Barselona" klublarında çıxış edib.


Digər xəbərlər

Xəbər xətti