İraqda terror: "Real" azarkeşləri öldü - ŞOK

23:57 13 May 2016

İraqın Balad şəhərində İŞİD terror təşkilatının hücumu nəticəsində Madrid "Real"ının 16 tərəfdarı həlak olub. Bu barədə "The Daily Mail" nəşri xəbər yayıb.

Məlumatda bildirilir ki, hadisə fanatların toplantısı zamanı baş verib. Terorçular azarkeşlərin yığışdığı yerə hücum edərək, futbolun İslama zidd olduğunu bildirib və onlara atəş açıb. 20 nəfərin yaralandığı bildirilir.

Terrorçular insidentdən sonra hadisə yerini tərk edib. Amma onlardan biri yaxınlıqdakı bazarın yanında özünü partladıb.


Xəbər xətti