Bakı Şəhər Halqasının quraşdırma işləri ilə bağlı açıqlaması

00:10 14 May 2016

Məlum olduğu kimi, Avropa Qran-prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il 17-19 iyun tarixlərində keçiriləcək Formula-1 yarışı ilə bağlı hazırlıq işlərini davam etdirir.

Nəzərinizə çatdırmaq istərdik ki, Avropa Qran-prisi ərəfəsində Bakı Şəhər Halqasında Formula-1-ə dəstək yarışlarından olan GP2 yarışları da baş tutacaq.

Hökumət Evinin arxa tərəfində bu yarışda iştirak edəcək GP2 komandaları üçün qarajların quraşdırılması işlərinə start verilib.

Bu səbəbdən Üzeyir Hacıbəyli küçəsinin A.Puşkin küçəsi və Azadlıq prospekti ilə kəsişmələri arasındakı hissəsində nəqliyyatın hərəkəti 12 may-21 iyun tarixləri arasında məhdudlaşdırılacaq.

Belə ki, yolun həmin hissəsində 3 hərəkət zolağı avtomobillərin hərəkəti üçün bağlı olacaq və Hökumət Evi ətrafında avtomobillərin parklanmasına icazə verilməyəcək. Bu ərazidə yerləşən piyada keçidləri isə normal fəaliyyətinə davam edəcək.

Qeyd edək ki, şəhər sakinləri Azadlıq meydanının altında yerləşən avtomobil dayanacağından yarış həftəsinə qədər istifadə edə biləcəklər. 


Digər xəbərlər

Xəbər xətti