"Qəbələ"nin İki komandası yarımfinalda

00:27 14 May 2016

AFFA-nın aşağı yaş qrupları üzrə komandalar arasında təşkil etdiyi liqalarda növbəti oyunlar keçirilib. U-14 1/4 finalda mübarizəni dayandırıb. “Qırmızı-qaralar” “Neftçi” PFK ilə səfərdəki ilk matçda 2:1 hesabı ilə qalib gəlsə də, cavab matçında 2:3 hesabı ilə uduzub. U-13 isə 1/4 final səddini adlaya bilib. İlk oyununda “Xəzər Lənkəran”la qolsuz sülh bağlayan “Qəbələ” öz meydanında keçirdiyi cavab matçında qələbə qazanıb – 3:0. “Qırmızı-qaralar” U-12 Liqasında da yarımfinala yüksəlib. “Rəvan”la 1/4 finalın ilk matçında qolsuz heç-heçəylə kifayətlənən komanda rəqib meydanında keçirdiyi cavab matçında 4:3 hesabı ilə üstün olub. U-19 Qızlar Liqasında çıxış edən "Qəbələ" komandası XVIII turda “Təhsil FM” ilə görüşüb. 0:2 hesabı ilə uduzan “qırmızı-qaralar” 17 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
Xatırladaq ki, “Qəbələ”nin U-19, U-16, U-15 komandaları I, U-17 isə II yeri tutub. U-10 Liqasının finalına yüksələn “qırmızı-qaralar” isə “Neftçi” İK İB ilə görüşəcək.


Digər xəbərlər

Xəbər xətti