Sabiq "Xəzər Lənkəran"lı A Seriyası klubu ilə müqavilə imzaladı

11:37 14 May 2016

"Xəzər Lənkəran"ın sabiq yarımmüdafiəçisi Fernando Qabrielin çıxış edəcəyi yeni klub müəyyənləşib. 


Sportarena.az xəbər verir ki, o, karyerasına Braziliya A Seriyasında davam edəcək.

Yarımmüdafiəçi ölkəsinin  "Santa Krus" klubu ilə müqavilə imzalayıb.

Xatırladaq ki, F.Qabriel  2014/15 mövsümünün ilk yarısında "Xəzər Lənkəran" klubunda çıxış edib. O, "Xəzər Lənkəran"ın heyətində çıxdığı 12 matçda 3 qol vura bilmişdi.


Xəbər xətti