"Barselona" 24-cü dəfə İspaniya çempionu oldu

21:27 14 May 2016

Bu gün İspaniya La Liqasında sonuncu turun oyunlarına start verilib.


Sportarena.az xəbər verir ki, çempionatın son turunda La Liqada 2015/16 mövsümünün qalibi də müəyyənləşib.


Belə ki, səfərdə "Qranada"nı 3:0 hesabı ilə məğlub edən "Barselona" klubu ardıcıl ikinci , ümumilikdə isə 24-cü dəfə İspaniya çempionu olub.


İkinci pillədə isə səfərdə "Deportivo"ya 2:0 hesabı ilə qalib gələn "Real" klubu qərarlaşıb. Madrid təmsilçisi "Barselona"dan 1 xal geri qalıb.


Sonuncu turun nəticələrindən aslı olmayaraq "Atletiko" mövsümü 3-cü yerdə bitirib. Klub son turda "Selta"nı qəbul edəcək.


"Qranada" - "Barselona" - 0:3
Qollar:
Luis Suares, 22 (0:1), 38 (0:2), 86 (0:3)

"Deportivo" - "Real" - 0:2
Qollar:
Kriştiano Ronaldo, 7 (0:1), 25 (0:2)


Digər xəbərlər

Xəbər xətti